Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində folklor kollektivlərinin ənənəvi baxış-müsabiqəsi və "Novruz gözəli-2015" müsabiqəsinin yekun turu keçirilib. SİA-nın verdiyi məlumata görə, zona turlarında münsiflər heyəti tərəfindən seçilən mədəniyyət evləri və klubların 17 folklor kollektivi və 12 gənc qız qatılıb.
Folklor kollektivlərinin baxış müsabiqəsində Qax şəhər 2 saylı Mədəniyyət evinin kollektivi I, Zəyəm kənd Mədəniyyət evinin kollektivi II, İlisu kənd Mədəniyyət evinin kollektivi III yerə layiq görülüb.
Qeyd edək ki, "Novruz gözəli-2015" müsabiqəsində isə Həlimə Məhərrəmli I, Məryəm Şabanova II, Nazpəri İbrahimova III yeri tutub. Müsabiqə qalibləri Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanları və hədiyyələrlə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB