Hacı İsmayılov: "Mən şəkər xəstəsi deyiləm" AÇIQLAMA

Hacı İsmayılov: "Mən şəkər xəstəsi deyiləm" AÇIQLAMA

Azərbaycan kinosu və teatrında əvəzedilməz rolları ilə yaddaşlara həkk olunan xalq artisti Hacı İsmayılov səhhətindən danışıb. SİA-ya açıqlama verən xalq artisti sağlıq durumuna diqqət etdiyini bildirib: "Səhhətimdə baş verən problemlərə qalib gəlməyə çalışıram ki, başlamaq istəyən xəstəliyin qarşısını alım. Çünki aktyor hər zaman formada olmalıdır. Bəzən insanlar səhhətlərinə qarşı laqeyd olur və sonunda arzuolunmaz xəstəliklərlə üzləşirlər. Ona görə də demək istəyirəm ki, özünüzə və yaxınlarınıza qarşı məsuliyyətli olun. Çox zaman mənə şəkər diabet xəstəliyindən əziyyət çəkdiyim deyilirdi. Bildirmək istəyirəm ki, mən yalnız qan dövranında problemim var. Onu da müalicə edirik ki, düzəlsin".

Bütün xəbərlər Facebook səhifəmizdə