Məşhur çinli rəssam Vanq Hai Qinqin "Gizli məna" adlı rəsm əsəri Azərbaycan Milli İncəsənət Muzeyinin fonduna hədiyyə olunub. SİA-nın verdiyi məlumata görə, bununla əlaqədar keçirilən mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova və muzeyin əməkdaşları iştirak ediblər.
Muzeyin direktoru Çingiz Fərzəliyev qonağı salamlayaraq muzeyə hədiyyə edilən əsərə görə ona təşəkkürünü bildirib. Çinin zəngin mədəniyyətə sahib böyük ölkə olduğunu qeyd edən direktor bu ölkənin rəssamları ilə yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Öz növbəsində çinli rəssam Vanq Hai Qinq Azərbaycana səfər etməsindən, ölkəmizin mədəniyyəti ilə tanış olmasından məmnunluğunu bildirib: "Mən əvvəllər Azərbaycanla tanış deyildim. Amma bu ölkə ilə, Bakı şəhəri ilə tanış olandan sonra Azərbaycanın necə böyük mədəniyyətə sahib olduğunu gördüm. Bakı mənim anadan olduğum şəhərə çox bənzəyir. Hər iki şəhər dəniz sahilində yerləşir. Mənim yaşadığım şəhər Sarı dənizin sahilindədir. Burda özümü öz doğma şəhərimdəki kimi hiss edirəm".
Qonaq qeyd etdi ki, iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi üçün əlimizdən gələni etməliyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB