Martın 13-ü, Novruz bayramı ərəfəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi eşitmə, görmə və nitq qüsuru olan insanlar üçün tiflo və surdo şərhli filmlərin təqdimatını keçirib. Kino Xidməti İdarəsindən SİA-ya verilən xəbərə görə, məqsəd sağlamlıq imkanları məhdud olan insanların asudə vaxtının səmərəli keçirilməsi, cəmiyyətdə hərtərəfli iştirakının təmin edilməsi, onların informasiya alma imkanlarının genişləndirilməsi və həyat tərzinin yaxşılaşdırılmasına yardım etməkdir.
Belə ki, televiziya, kino və incəsənət sahəsində tiflo və surdo tərcümənin görmə və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün son dərəcə əhəmiyyətli olmasını və bu sahənin inkişaf etdirilməsini cəmiyyətin diqqətinə çatdırmaqdır.
Tədbirdə Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman çıxış edərək deyib ki, Bakı şəhər İcra Hakimiyyəti respublikada ilk dəfə olaraq görmə, eşitmə və nitq qüsuru olan insanlar üçün filmlərin tiflo və surdo tərcüməsini həyata keçirib. Hər bir cəmiyyətin sərvəti onun insanlarıdır deyən idarə rəisinin sözlərinə görə, bu gün dünyanın bir çox ölkələrində cəmiyyətin diqqəti sağlamlıq imkanları məhdud olan insanların problemlərinin həllinə yönəlib. Belə ki, Avropa ölkələrində kino, televiziya və incəsənət sahəsində tiflo tərcümədən geniş istifadə olunur. SNQ dövlətlərində isə tiflo tərcüməyə çox az müraciət edilir. Azərbaycanda yeni və ilk olan bu işi Bakı şəhər İcra Hakimiyyəti rallaşdırıb. Artıq dörd filmin tiflo və surdo tərcümələri hazırlanıb. "Şərikli çörək" bədi filmi, "Şah və xidmətçi", "Fitnə", "Humayın yuxusu" adlı cizgi filimlərinin tiflo və surdo tərcümələri hazırlanıb.
Tədbirdə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiar Abdullayev, Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmtinin rəhbəri Rəşad Əliyev, Təhsil nazirliyinin DE- institutlaşma və uşaqların hüquqlarının müdafiə idarəsinin şöbə müdiri Həbib Kərimov, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Estetik Tərbiyyə üzrə Respblika Tədris Metodik Mərkəzinin direktoru Səbinə Məmmədkərimova, və s. Nümayəndələr iştirak etib.
Tədbirdə tiflo və surdo tərcüməli "Şah və xidmətçi" cizgi filmi nümayiş olunub.
Sonda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Resublika xüsusi internat məktəbinin hazırladığı Noruz byramına həsr olunmuş şənlik keçirilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB