Nazir müavini Nazim Səmədov İran İslam Respublikası ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirmiş və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb. SİA-nın verdiyi məlumata görə, səfir öz növbəsində Nazirliklə intensiv əlaqələrin mövcudluğu və gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu qeyd edib.
Səfir İran İslam Respublikasının Vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifərin 2-4 aprel 2015-ci il tarixində Bakıda keçiriləcək "AİTF" Beynəlxaq Turizm və Səyahətlər Sərgisində iştirak ilə bağlı ölkəmizə planlaşdırılan səfəri barədə nazir müavini N.Səmədova məlumat verdi. Öz növbəsində nazir müavini ali qonağın Azərbaycana səfərinin yüksək səviyyədə təşkil ediləcəyini bildirib.
Həmçinin Qafqaz regionunun ən böyük turizm sərgisi olan və artıq 14-cü dəfə təşkil edilən AİTF Sərgisi barədə Səfirə geniş məlumat verilib, sərginin Azərbaycanda keçirilən 20-dən çox sərgi arasındareytinqcə 4-cü yerdə olduğu, sərgidə 36-dan artıq ölkənin iştirakının nəzərdə tutulduğu bildirilib.
Səfir M.Pakayin görüşə görə nazir müavini N.Səmədova təşəkkür etmiş Azərbaycan-İran mədəni əlaqələrinin dinamik prosesinin şahidi olduğundan məmnunluğunu ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB