Atəşgahda “Mədəni irs” Gənclər festivalı keçirilib

Atəşgahda “Mədəni irs” Gənclər festivalı keçirilib

Bu gün Suraxanı rayonunda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən 100-ə yaxın tələbə və gənclərin iştirakı ilə "Mədəni irs" Gənclər Festivalı keçirilib. SİA-nın verdiyi məlumata görə, festivalda gənclər və idman naziri Azad Rəhimov, Fələstin, İndoneziya, Pakistan Respublikalarının səfirləri və nümayəndələri iştirak ediblər.

Festivalın keçirilməsində məqsəd Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir.

Festival zamanı yerli və xarici qonaqlar adət ənənələrimiz və mədəni irsimiz ilə yaxından tanış olublar. Gənc aktyor və tələbələr baharın 4 ünsürünü - su, od, külək və torpaq çərşənbəsini rəqslərlə canlandırılıb.

Eyni zamanda qonaqlar, milli və tətbiqi sənət məhsulları ilə tanış olub, milli mətbəximizin təamlarından dadıblar. Bununla yanaşı pəhləvan, kəndirbaz və sehrbazlar öz məharətlərini nümayiş etdirib, muğam və milli musiqilər səsləndirilib.

Qeyd edək ki, festival Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq yarımbəndinin icra edilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə