Novruz bayramı münasibətilə xalq artisti Zeynəb Xanlarova Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində konsert proqramı ilə çıxış edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən konsert proqramı martın 15-də Nyu-Yorkun Bruklin səmtindəki "Master Theatre" adlı konsert kompleksində baş tutacaq. 1300 tamaşaçı tutumu olan "Master Theatre" zalında dünyanın bir sıra tanınmış musiqiçiləri konsert verib.
Komitədən SİA-ya verilən xəbərə görə, "Xoş gördük əzizlərim" adlı konsert proqramında xalq artisti Zeynəb Xanlarova on nəfərlik ansamblının müşayiəti ilə repertuarındakı ən sevilən mahnıları ifa edəcək. ABŞ-ın bir sıra şəhərlərində yaşayan azərbaycanlı, türk, yəhudi və digər xalqların nümayəndələrinin konsertdə iştirakı gözlənilir.
Artıq bir həftədir Nyu-Yorkda olan Zeynəb Xanlarova Azərbaycan diaspor təşkilatlarının və yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirib.
Qeyd edək ki, xalq artisti sonuncu dəfə 2012-ci ildə Nyu-Yorkda konsert proqramı ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB