2 saylı Uşaq Musiqi Məktəbi konsert verəcək

2 saylı Uşaq Musiqi Məktəbi konsert verəcək

Rəşid Behbudov adına Mahnı Teatrında Vaqif Mustafazadənin 75 illik yubileyi ilə əlaqədar 2 saylı Uşaq Musiqi Məktəbi tərəfindən konsert keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş konsert proqramında Vaqif Mustafazadə adına 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru Akif Süleyman, məktəbin müəllimləri və istedadlı şagirdləri iştirak edəcək. Konsert proqramında Vaqifsayağı kompozisiyalar, Tofiq Quliyev, Süleyman Ələsgərov, Ələkbər Tağıyev, Faiq Sücəddinov, İlham Abdullayev və dünya caz bəstəkarlarının əsərləri ifa olunacaq.

Qeyd edək ki, tədbir 17 mart. Saat 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə