“Məlikməmməd və sehrli almalar” AÇIQLAMA- FOTOLAR

“Məlikməmməd və sehrli almalar” AÇIQLAMA- FOTOLAR

Maraqlı, rəngarəng və zəngin repertuarı ilə seçilən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novruz bayramı ərəfəsində daha bir yeni tamaşanı öz seyrçilərinə təqdim etməyə hazırlaşır. Bu haqda SİA-ya əməkdar artist Nicat Kazımov məlumat verib. Bildirib ki, yeni tamaşa Azərbaycan xalq nağılı "Məlikməmməd" əsasında səhnələşdirilmiş "Məlikməmməd və sehrli almalar" adlanır: "Tamaşanın quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır. Yeni səhnə əsərində rolları Asya Atakişiyeva, Günel Məmmədova, Roza İbadova, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Səbinə Məmmədova, Araz Pirimov, Bəhram Həsənov, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Rasim Cəfərov, Ramil Məmmədov, Vahid Orucoğlu, Eşqin Quliyev, Anar Seyfullayev, Yusif Dadaşov, Xəyal Salahov ifa edəcəklər. Tamaşanın quruluşçu rejissoru özüməm".

Qeyd edək ki, tamaşanın premyerasının mart ayının 14-də saat 12.00 və 14.00-da nümayiş etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə