Novruz bayramına həsr edilmiş tədbirlər keçiriləcək

Novruz bayramına həsr edilmiş tədbirlər keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci ilin birinci yarımili üçün iş planına əsasən cari ilin mart ayında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı bölgələrdə Novruz bayramına həsr edilmiş tədbirlərin keçirilməsi nəzərdə tutulub. SİA-nın verdiyi məlumata görə, Novruz bayramı ərəfəsində qaçqın və məcburi köçkünlərin asudə vaxtının səmərəli təşkilinin təmin olunması və onlara göstərilən mədəni xidmətin daha da gücləndirilməsi məqsədilə 2015-ci ilin mart ayının 13-də Hacıqabul rayonunda, mart ayının 14-də isə Şirvan şəhərində Novruz bayramı münasibətilə tədbirlər keçiriləcək.

Tədbirlərdə Azərbaycanın xalq artistləri Canəli Əkbərov, Cəmilə Bayramova, Simarə İmanova, əməkdar artistlər Azad Şükürov, Zakir Əliyev, aktrisa Zülfiyyə İsmayılova, tarzən Altay Niftəliyev, kamança ifaçısı Anar Ağaverdiyev və aşıq Solmaz Kosayeva çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə