Yazıçı Varisin ötən ilin yayında Rusiyada ədəbi debütü uğurlu olub. Bir neçə ədəbi orqanda dərc edilən hekayələri, habelə romanlarından parçalar özünə geniş oxucu kütləsi toplamış, ədəbi kuluarlarda rəğbət qazanıb.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevral ayının əvvəllərində Rusiya Yazıçılar İttifaqının nəsr şöbəsinin rəhbəri Nataliya Morozova Varisə Rusiya Yazıçılar İttifaqına üzv olması ilə bağlı müraciət etmiş, yazıçımız bu nüfuzlu quruma qəbul edilib.
Bu günlərdə isə Varisin "Rəngsizliyin rəngləri" hekayəsi Rusiya Yazıçılar İttifaqının, eləcə də litclub.ru, stihi.ru və proza.ru ədəbiyyat portallarının birgə layihəsi olan "2014-cü ilin ən yaxşı nəsri" almanaxının "Romantika" bölümünə daxil edilib.
Nüsxələri Rusiya Federal Kitab Palatasına, ən nüfuzlu kitabxanalara göndərilən almanax hazırda ölkənin kitab mağazaları şəbəkələrində satışa çıxarılıb.
Qeyd edək ki, bu il Rusiyada yazıçımızın 2 romanının işıq üzü görməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB