Heydər Əliyev Sarayında Novruz bayramına həsr edilmiş bayram konserti keçiriləcək. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konsertdə populyar estrada müğənniləri çıxış edəcək. Konsert iştirakçılarını ənənəvi olaraq Bahar qız salamlayacaq, tamaşaçılar Kosa və Keçəlin duzlu-məzəli məzhəkələrinə baxacaqlar.
Konsertdə həmçinin "Asiman", "Zirvə", " Aysel" rəqs qrupları, "Natiq" ritm qrupunun üzvləri maraqlı nömrələr ifa edəcəklər.
Qeyd edək ki, bayram konserti mart ayının 22-23-də Heydər Əliyev Sarayında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB