“Hamlet”

Dövlət Pantomim Teatrı görkəmli dramaturq Uilyam Şeksprin "Hamlet" əsərini tamaşaya hazırlayır. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tmaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadədir.

Tamaşada Hamlet rolunu əməkdar artist Azər Axşam, digər rolları aktyorlar Bəhruz Əhmədli, Elman Rəfiyev, Solmaz Bədəlova və Əli Əlizadə oynayacaqlar.

Qeyd edək ki, hazırda məşqləri gedən tamaşanın iyun ayında nümayiş etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə