Samux rayonunda Samux Heydər Əliyev Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşəbbüsü ilə aybKitab stendinin açılışı və xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. Yazıçılar Birliyindən SİA-ya verilən məlumata görə, ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyulub. Daha sonra rəsmi qonaqlar Samux Rayon Tarix Diyarşunaslıq Muzeyi və Samux Rayon Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanış olublar.
Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Samux Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə və digər rayon rəsmilərinin iştirak etdiyi aybKitab stendinin açılışında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev və Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza çıxış edərək aybKitab stendi haqqında ətraflı məlumat veriblər. Stend açılışı münasibətilə qırmızı lent və tort kəsilib.
Tədbiri Rayonun baçısı Alı Qocayev açaraq qonaqları salamladı. Sonra Samux Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Samux Abdal Ədəbi Ocağının rəhbəri Nuranə Həsənova çıxış ediblər.Tədbirin gedişində söz alan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza öz çıxışında regionlarda belə görüşlərin təşkil edilməsinin vacibliyini vurğulayıb və şeirlərini səsləndirib.
Tədbir Çingiz Abdullayevin çıxışı və öz oxucuları ilə müzakirələri ilə davam etdirilib. Oxucuları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirin sonunda Çingiz Abdullayevin kitablarının imza mərasimi təşkil olunub.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB