Əməkdar artistin səhhəti yaxşılaşıb

Əməkdar artistin səhhəti yaxşılaşıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Kubra Dadaşova uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkir. SİA-nın verdiyi məlumata görə, bir müddət öncə aktrisa Leyla Şıxlinskaya adına klinikada əməliyyat olunaraq evə buraxılıb.

Hazırda K.Dadaşova dövlət xəstəxanalarından birində təmənnasız olaraq müalicəsini davam etdirir. Teatrın rəhbərliyi başda olmaqla, kollektiv nümayəndələri və aktrisanın həmkarları mütəmadi olaraq aktrisaya baş çəkərək dəstək olurlar.

Teatrın direktoru Mübariz Həmidov aktrisanı 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edərək bildirib ki, "Biz ümid edirik ki, sevimli aktrisamız tez bir zamanda sağalaraq teatra qayıdıb maraqlı obrazlarla tamaşaçılarını yenidən sevindirəcək".

Bəzi kütələvi informasiya vasitələrində Gənc Tamaşaçılar Teatrının aktrisası Təhminə Məmmədovanın Əməkdar Artist Kubra Dadaşovanın qızı olduğu göstərilib. Bildirik ki, gənc aktrisa K.Dadaşovanın sadəcə yaxın rəfiqəsi və həmkarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə