İstedadlı şəxslər “Zirvə”yə çatacaqlar

İstedadlı şəxslər “Zirvə”yə çatacaqlar

Azərbaycan Respublikasının Prezidenti Azərbaycanda "Milli Teatr Günü"nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli 2756 nömrəli Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, bununla əlaqədar hər il mart ayının 10-da Milli Teatr Günü ölkədə rəsmi surətdə qeyd edilir.

Milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaq, qiymətləndirmək məqsədilə 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Zirvə" mükafatı təsis edilib.

Qeyd edək ki, 10 mart, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Günü münasibətilə növbəti "Zirvə" mükafatının təqdimolunma mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə