Cari ilin 2-4 aprel tarixində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" ("AITF 2015") sərgisi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, sərgidə 35 ölkədən 400-ə yaxın şirkətin nümayəndələrinin qatılacağı gözlənilir.
AITF sərgisi səyahət, işgüzar turizm və müalicə sahəsində ən son təmayülləri nümayiş etdirən yerli və xarici mütəxəssislər üçün etibarlı platformanı təmin edir.
Bu il "AITF" sərgisi çərçivəsində təşkilatçılar yeni xidmət növünə - görüşlərin təyin olunması proqramına start verəcəklər. Beləliklə, indi turoperatorlar, turizm agentlikləri və hava yollarının nümayəndələri, eləcə də otel şəbəkələri, xaricdə daşınmaz əmlakla məşğul olan agentliklər və tibbi klinikalar sərgi iştirakçıları ilə əvvəlcədən görüş təyin edə biləcəklər.
Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yanaşı, həmçinin Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (BTSA) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian LLC" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group Plc." şirkətləri çıxış edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB