Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Komitəsi və "Kukla" Art Qalereyası tərəfindən 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Gözəllik nuru-2015" adlı sərgi və konsert təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq qadınları qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edərək onlara işlərində uğurlar arzulayıb: "Hər zaman ölkəmizdə qadınların əməyinə yüksək dəyər verilib, onların zəhməti dövlətimiz tərəfindən mükafatlandırılıb. Bu ənənə bu gün də davam etdirilir. Bilirsiniz ki, Prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib, ölkəmizin mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə onlardan bir qrupuna fəxri adlar verib".
Bildirilib ki, "Gözəllik nuru" incəsənət layihəsi qadınların incəsənət və həyatdakı rolu ideyasına həsr olunub. Hər bir iştirakçı bu ideyanı özünəməxsus şəkildə əks etdirir. Ənənəvi olaraq hər il davamlı surətdə keçirilən bu layihənin növbəti mərhələsi də 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub. Bu il layihənin əsasında ölkəmizin iki tanınmış qadın rəssamının - İrina Eldarova və Rəna Əmrahovanın yaradıcılığı durur. Onların hər ikisi qadın şəxsiyyətinin sirrini özünəməxsus şəkildə açıqlayır.
Təqdimatda, eyni zamanda konsert də baş tutub. Qadınları bayram münasibətilə Pantomima və Kukla teatrlarının kollektivi də təbrik edib.
Sonra tədbir iştirakçıları İrina Eldarova və Rəna Əmrahovanın əsərlərindən ibarət sərgiyə baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB