London Kitab sərgisində iştirakla bağlı hazırlıqlar başa çatıb

London Kitab sərgisində iştirakla bağlı hazırlıqlar başa çatıb

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə artıq VII dəfə iştirakımız nəzərdə tutulan 14-16 aprel 2015-ci il tarixində keçiriləcək London Kitab Sərgisinə hazırlıqlar yekunlaşıb. SİA-nın verdiyi məlumata görə, hazırlıq prosesində təşkilatçılarla danışıqlar aparılmış, milli stendi təşkil etmək məqsədi ilə sərgidə 40 kv.m-lik sahə icarəyə götürülüb, "Qız qalası" formasında milli ekspozisiyanın qurulması başa çatdırılıb.

Nümayəndə heyətinin tərkibində sərgiyə qatılacaq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, "Hədəf", "Qələm" və "Altun Kitab" nəşriyyatları ilə danışıqlar aparılmış, iştirakla bağlı mümkün köməklik göstərilib.

Həmçinin, sərgi zamanı nümayiş etdiriləcək Nazirliyin dəstəyi ilə nəşr olunmuş, Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa aid bir çox kitab və reklam çap məhsullarının siyahısı hazırlanıb. Tezliklə, nəşr məhsulları Londona göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə