Bu gün Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Bakı şəhər G.Şarayev adına 35 nömrəli on bir illik musiqi məktəbinin bəstəkarlıq şöbəsinin şagirdi, beynəlxalq müsabiqə laureatı Arzu Abbasovanın 8 mart "Beynəlxalq Qadınlar" gününə həsr olunmuş "Cənnət lövhələri" adlı müəllif konserti keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Arzu Abbasovanın bir sıra musiqi əsərləri fortopiano, fleyta,skripka, violençel sədaları altında səsləndirilib. Qeyd edək ki, Arzu Abbasova Heydər Əliyev adına Müasir Təhsil Kompleksində 10-cu sinif ingilis qrupu üzrə təhsil alır. MTK-nin musiqi məktəbini fərqlənmə diplomu ilə bitirən Arzu Abbasova "Bahar gəldi", "Yeni gün", "Zarafat", "Rəqs fantaziyası" kimi kiçik həcmli, fortopiano üçün pyeslərin müəllifidir. Onun ən böyük uğuru isə Əshabi-Kəhf haqqında yazdığı simfonik poemasıdır. Həmçinin o, dəfələrlə Fənn Olimpiadalarının qalibi olmuş, beynəlxalq və respublika səviyyəsində bilik yarışlarında uğurla iştirak edərək onlarla fəxri fərman, diploma layiq görülmüşdür. Gənc bəstəkarın məqsədi isə gələcəkdə diplomat olmaq və eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə peşəkar səviyyədə məşğul olaraq, müstəqil Azərbaycanın Bayrağını hər yerdə uca tutmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB