Mövlud Çavuşoğlu Azərbaycan stendini ziyarət edib

Mövlud Çavuşoğlu Azərbaycan stendini ziyarət edib

Almaniyanın Berlin şəhərində keçirilən "İTB 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur. SİA-nın verdiyi məlumata görə, sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 104 kv.m-lik stend hazırlanıb.

Sərgiyə gələn xarici qonaqlar və turistlər Azərbaycan stendini ziyarət edir. Qonaqlar arasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan stendinə gələrək, Azərbaycanın turizm potensialı ilə bağlı məlumatlandırılmış və sərginin işinə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə