"Gözəlliyin tükənməz çalarları"

"Gözəlliyin tükənməz çalarları"

Azərbaycan Milli İncəsənət Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirdə xalq artisti Fərhad Bədəlbəylinin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti və Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan qadın obrazına həsr edilmiş əsərlərdən ibarət "Gözəlliyin tükənməz çalarları" adlı sərgi nümayiş etdiriləcək.

Azərbaycanın tarixi, mədəni, ictimai və mədəni həyatında görkəmli rol oynamış qadınların surətlərindən ibarət sərgidə Azərbaycanın tanınmış fırça ustalarından Xalq rəssamları Mikayıl Abdullayevin "Manqa başçısı Rəxşəndinin portreti", "Rəqqasə Əminə Dilbazinin portreti", "Çəltikçi qızlar", Salam Salamzadənin "Günəş altında", Oqtay Sadıqzadənin "Fidan Qasımovanın portreti", Böyükağa Mirzəzadənin "Sağıcı", "Karinka", Altay Hacıyevin "Natəvan aləmi", "Sara xatun", Əməkdar incəsənət xadimləri Reyhan Topçubaşovanın "Balerina Qəmər Almaszadənin portreti", Vəcihə Səmədovanın "Geoloq M. Məmmədbəylinin portreti" kimi əsərlərilə yanaşı, Toğrul Sadıqzadə, Vidadi Nərimanbəyov, Tağı Tağıyev, Cahangir Rüstəmov, Nadir Əbdürrəhmanov, Şamil Nəcəfzadənin əsərləri də nümayiş etdirilir. Ümumilikdə burada 20-dən artıq Azərbaycan rəssamının 36 sayda rəngkarlıq əsəri sərgilənir.

Qeyd edək ki, tədbir 5 mart da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə