Çingiz Abdullayevin romanına film çəkilir

Çingiz Abdullayevin romanına film çəkilir

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Xeyir ilə Şərin rəqsi" adlı bədii filmin çəkilişlərinə başlanılıb. SİA-nın verdiyi məlumata görə, xalq yazıçısı Çingiz Abdullayevin "Quba kapriççosu" romanının motivləri əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayevdir.

Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub qədim nadir almazın axtarışı əsas süjet xəttini təşkil edən filmin çəkilişləri Qubada, Bakı şəhərinin müxtəlif ərazilərində və Kinostudiyanın pavilyonlarında qurulmuş dekorasiyalarda aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə