“Gözəllik nuru-2015”

Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Komitəsi və "Kukla" Art Qalereyası tərəfindən 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Gözəllik nuru-2015" adlı sərgi və konsert keçiriləcək. SİA-nın verdiyi məlumata görə, "Gözəllik nuru" incəsənət layihəsi qadınların incəsənət və həyatdakı rolu ideyasına həsr olunub. Hər bir iştirakçı bu ideyanı özünəməxsus şəkildə əks etdirir. Ənənəvi olaraq hər il davamlı surətdə keçirilən bu layihənin növbəti mərhələsi də 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunub. "Gözəllik nuru"nun əsas konsepsiyası teatr və musiqi sənəti ilə üzvi şəkildə birləşən təsviri incəsənətdir. Bu il layihənin əsasında ölkəmizin iki tanınmış qadın rəssamın - İrina Eldarova və Rəna Əmrahovanın yaradıcılığı durur. Onların hər ikisi qadın şəxsiyyətinin sirrini özünəməxsus şəkildə açıqlayır. Bununla belə Rəna Əmrahova bu məsələdə mənəvi və emosional təfərrüatlara diqqəti cəlb edirsə, İrina Eldarova intellekt və dünyagörüşünün dərinliyinə varır.

Sərgidə rəngkarlığı incəsənətinin başqa bir növü- kukla ustalığı ilə tamamlanır. Muzey Mərkəzinin zallarında "Kukla" Art Qalereyasının kolleksiyasından seçilmiş eksponatları da görmək olar. Bu dünyanın müxtəlif ölkələrindən olan rəssamları tərəfindən yaradılmış qadın obrazlarıdır. Azərbaycanı Pərviz Hüseynov, İrina Qundorina, Tamilla Qurbanova, Fərəh Əliyeva kimi sənətkarları təmsil edirlər.

Təqdimatda eyni zamanda konsert də baş tutacaq. Tamaşaçıların qarşısında Elçin Şirinovun rəhbərlik etdiyi caz-qrupu çıxış edəcək. Zərif cinsin nümayəndələrini bayram münasibəti ilə Pantomima və Kukla teatrlarının kollektivi də təbrik edəcəklər.

Qeyd edək ki, tədbirin açılışı 5 mart, saat 18:00 Muzey Mərkəzinin sərgi qalereyasında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə