Dövlət Film Fondunda Azərbaycanın görkəmli kino və teatr aktyoru Səməndər Rzayevin 70 illik yubileyi qeyd olunub. SİA-nın verdiyi məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə baş tutub.
Mərasimdə aktyora həsr edilmiş fotosərgi nümayiş olunub, onun yaratdığı obrazlar qalereyasından ibarət video çarx göstərilib.
Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev sənətkarın ömür yolundan və yaradıcılığından söz açıb. Qeyd olunub ki, Azərbaycan teatrı 1960-cı illərin ortalarında gənc və istedadlı nümayəndələri ilə parlamağa başlayıb. S.Rzayev də yaradıcı potensialı yüksək olan belə sənətkarlardan idi. Teatr və kinoda yaddaqalan obrazlar yaratması onun zəngin potensialından və peşəkarlığından qaynaqlanırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB