Sevda Məmmədəliyeva Robbert Qabrielseni qəbul edib

Sevda Məmmədəliyeva Robbert Qabrielseni qəbul edib

Nazir müavini Sevda Məmmədliyeva Niderland Krallığı ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük prespektivlərin olduğunu bildirmiş və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb. SİA-nın verdiyi məlumata görə, səfir öz növbəsində Nazirliklə intensiv əlaqələrin mövcud olunduğunu və gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu qeyd etdi.

Görüşdə Azərbaycan muzeylərində olan rəsm əsərlərinin restavrasiyasında Niderland mütəxəssislərinin iştirakı, yerli restavratorlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Azərbaycan və ya Niderlandda holland ekspertləri tərəfindən treninqlərin təşkili barədə danışıldı.

Səfir tərəfindən həmçinin Rotterdam orkestrinin Bakıda konsert proqramı ilə çıxışına dair təklif irəli sürüldü.

Səfir R.Qabrielsen qəbula görə nazir müavini S.Məmmədəliyevaya təşəkkür etmiş Azərbaycan-Niderland mədəni əlaqələrinin dinamik prosesinin şahidi olduğundan məmnunluğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə