Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.6.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Uşaq Teatrı tərəfindən "Həyatla oyun" tamaşası hazırlanıb. SİA-nın verdiyi məlumata tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün cox təsirli təbliğat vasitəsidir.
Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi "Həyatla oyun" tamaşası fevral ayında Bakı şəhərinin rayonlarında, Abşeron və Sumqayıt şəhərində nümayiş olunub. Mart ayının ilk həftəsində isə Bakı Uşaq Teatrı "Həyatla oyun" tamaşası ilə 7 rayona qastrol səfərinə yollanıb. Tamaşa artıq Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Beyləqan rayonlarında uğurla nümayiş olunub.
Qeyd edək ki, kollektiv artıq Astara və Lerik rayonunda qastrol səfərindədir.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB