Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Xalq nağılları əsasında gənc yazıçı və dramaturq Pərvinin səhnələşdirdiyi "Dəcəl keçi" tamaşasının bədii rəhbəri, teatrın baş rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor asisstenti Sona Mustafayevadır.
Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudbəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlər tənqid olunur.
Yeni səhnə əsərində rolları teatrın gənc aktyorları Səbinə Məmmədova, Aydın Dəmirov, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Eyvaz İbrahimov, İlqarə Tosova, Hüsniyyə Əhmədova, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Anar Seyfullayev və Bəhram Həsənov ifa edəcəklər.
Qeyd edək ki, tamaşa mart ayının 7-də, saat 12.00 və 14.00-də Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB