Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirilib FOTOLAR
Bu gün Azərbaycan Xalça Muzeyində Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi məqsədilə yeni "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı təsdiq olunub.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Yeni Proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri "Azərbaycanın Ədəbiyyat Paytaxtı" və Qax şəhəri "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan edildiyini diqqətə çatdırıb. Bildirib ki, beş ildir davam edən layihə bir çox uğurlu tədbirlərin keçirilməsinə səbəb olub: "Bu layihə regionlarda mədəni həyatın canlandırılmasına, mədəniyyətin təbliğinə imkan verib. Bu gün Azərbaycan mətbəxinin və mədəniyyətinin dünyaya tanıdılmasında mühüm işlər görülür. Əsas məqsədimiz mənfur ermənilərin Azərbaycana aid yeməklərinin öz adlarına təqdim etmələrinin qarşısını almaqdır. Ölkəmizin düzgün siyasəti nəticəsində bunun qarşısını almağa nail olmuşuq. Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən yeni proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri "Azərbaycanın Ədəbiyyat Paytaxtı" və Qax şəhəri "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan edilib. Mən inanıram ki, yeni paytaxtların elan olunması bölgələrdə mədəniyyətin daha da inkişafına imkan yaradacaq".
Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai, siaysi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova və Qax rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai, siaysi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova çıxış edərək bölgələri haqda geniş məlumat veriblər.
Mərasimdə illik tədbirlər planının icrasındakı məqsədyönlü fəaliyyətlərinə görə Qəbələ, Balakən və Abşeron rayonlarının mədəniyyət və turizm şöbəsinin müdirləri nazirliyin fəxri fərmanı ilə mükafatlandırılıblar.
Qeyd edək ki, 2015-ci il üçün Şamaxı şəhərinin "Azərbaycan Ədəbiyyat Paytaxtı" və Qax şəhərinin "Azərbaycan Milli Mətbəx Paytaxtı" elan edilməsi ilə bağlı hazırlanmış xatirə kubokları və fəxri diplomları təqdim edilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB