Martın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda ilk dəfə bədii-sürreal üslubunda çəkilmiş, az sözlü, sadə süjetli, amma çoxmətləbli "Cəhd" filminin təqdimatı olub. "Aşiqlər bağçası" silsiləsindən çəkilmiş düşündürücü, tərbiyəvi və vətənpərvərlik mövzulu qısametrajlı, 24 dəqiqəlik filmin rejissoru Mahir Dərvişdir.
Filmdə rolları müğənni Elza Seyidcahan, aktyorlar Namiq Ağayev, Mirzə Ağabəyli, ilahiyyatçı Hacı Şahin Həsənli və digərləri ifa ediblər.
Tədbirdə əvvəlcə film nümayiş olunub, sonra ekran əsəri barədə geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB