MTN bəzi mehmanxanalara dərəcə sertifikatları verib

MTN bəzi mehmanxanalara dərəcə sertifikatları verib

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fevral ayı ərzində Bakı şəhəri və Qusar rayonunda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilmişdir:

Bakı şəhəri:

1."Panorama Villa Lux" mehmanxanası (4 ulduz),

2."Azəryol" mehmanxanası (4 ulduz),

3."Passage Hotel" mehmanxanası (3 ulduz).

Qusar rayonu:

4."Shahdag Hotel&SPA" mehmanxanası (5 ulduz),

5."Pik Palace" mehmanxanası (5 ulduz),

6."Park Chalet" mehmanxanası (5 ulduz),

7."Zirvə Hotel" istirahət mərkəzi (4 ulduz),

Qeyd edək ki, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 73-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə