Kukla Teatrının mart REPERTUARI

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mart repertuarı maraqlı tamaşalarla zəngindir. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 6-da yapon xalq nağılı əsasında hazırlanmış "Kim daha güclüdür?", həmçinin Tofiq Ağayevin "Qoçaq Əhməd" tamaşaları göstəriləcək. "Qoçaq Əhməd" martın 13-15, 22, 26 və 29 tarixləri üçün də teatrın repertuarındadır.

Karlo Kollodinin "Pinokkionun sərgüzəştləri" ayın 7-də və 24-də göstəriləcək.

Uşaqlar martın 8, 21, 23 və 28-də "Qoğal" rus xalq nağılına baxa bilərlər.

Teatrın kollektivi martın 9-da Astrid Lindqrenin "Karlson" tamaşasını təqdim edəcək.

Kəmalə Ağayevanın "Məlikməmməd" tamaşası martın 13-də və 26-da, "Göyçək Fatma"sı 15-də və 28-də nümayiş olunacaq.

Xalq nağılımız "Sehrli üzük" bu ayın 14-də və 21-də oynanılacaq.

Martın 20-də A.Şaiqin "Tiq-tıq və Taq-taqın nağılı", Canni Rodarinin "Çipollino" tamaşaları göstəriləcək. Uşaqlar "Çipollino"ya 25 və 27-də də baxa bilərlər.

Nicat Kazımovun "Ələddin" tamaşası martın 22 və 29-da, Əli Səmədlinin "Cik-cik xanım"ı 25-də nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə