Azadə Taleh Abbasqızının yubileyi qeyd edilib

Azadə Taleh Abbasqızının yubileyi qeyd edilib

Gəncədəki mərkəzləşdirilmiş kitabxana sisteminin oxucu zalında tanınmış şair-publisist, həkim Azadə Taleh Abbasqızının 50 illik yubileyi və yeni çapdan çıxmış seçilmiş əsərlərinin birinci cildinin təqdimatı keçirilib.

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, şairə Xəzangül tədbirdə çıxış edərək Azadə Taleh Abbasqızının həyat və yaradıcılığından danışıb. Bildirib ki, həkimliklə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olan Azadə Hüseynova çoxlu şeirlər yazaraq ətrafına minlərlə pərəstişkar toplayıb. 1995-ci ildən Respublika Jurnalistlər Birliyinin, 2003-cü ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Azadə yaradıcılığının əhatə dairəsini genişləndirib, "Qafqaz press" informasiya agentliyini və "Borçalı" qəzetini təsis edib. O, "Qafqaz media" İctimai Birliyinin sədri, eyni zamanda, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşıdır.

Azadə Taleh Abbasqızı onu sevən, yaradıcılığına hörmətlə yanaşmaqla yubiley tədbirində iştirak edənlərin hər birinə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə