Azərbaycan Yazıçılar Birliyi Lənkəran şəhər təşkilatında tanınmış yazıçı-publisist Hacı Etibar Əhədovun "Elin böyük oğlu" kitabının təqdimatı keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, bölgədə fəaliyyət göstərən KİV nümayəndələrinin,yaradıcı qüvvələrin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri AYB Lənkəran şəhər təşkilatının məsul katibi, şair İltifat Saleh açaraq təqdimatı keçirilən kitabın məziyyətləri barədə məlumat verib. Bildirib ki, kitab uzun illər təsərrüfat və dövlət orqanlarında səmərəli fəaliyyət göstərən, insani keyfiyyətləri ilə həmkəndlilərinin, dostlarının yaddaşında əbədi iz buraxan Nəsrullah Babayevin anadan olmasının 75 illiyinə həsr olunub, onun qısa, lakin mənalı həyat və fəaliyyətinə işıq salınıb.
Sonra Rayon Ağsaqqallar Şurası sədrinin müavini Sərhad Məmmədov, yazıçı-publisist Hafiz Mirzə, uzun müddət icra orqnlarında işləmiş,hazırda təqaüddə olan Ağahüseyn Rzayev, LDU-nin kafedra müdiri Yədulla Ağazadə, Lənkəran ŞİH başçısının Girdəni kəndi üzrə nümayəndəsi Şirin Əzizova, yazıçı Qardaşxan Fərzi, N.Babayevin qardaşları təqaüdçü müəllim, Fətullah Babayev, uzun illər rayon maliyyə idarəsinin müdiri işləmiş Məmmədxan Kərimov və başqaları çıxış edərək kitabın bədii xüsusiyyətləri iə yanaşı Nəsrullah Babayevlə bağlı xatirələrini dilə gətiriblər.
Sonda N.Babayevin oğlu, hazırda Kostroma şəhərində elmi fəaliyyət göstərən, iqtisad elmləri namizədi, Rusiya xalqları Assambleyası Mərkəzi Şurasının üzvü Kamran Babayev çıxış edərək atası N.Babayev haqqında söylənən xoş sözlərə görə tədbir iştirakçılarına, kitabın müəllifi yazıçı-publisist Hacı Etibar Əhədova ailəsi adından təşəkkürünü bildirib.
Sonda təqdimat iştirakçılarına "Elin böyük oğlu" kitabı paylanılıb.
Qeyd edək ki, "Elin böyük oğlu" kitabı Hacı Etibar Əhədovun sayca 51-ci kitabıdır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB