Heydər Əliyev Sarayında "Ay Brilliant" komediya filminin təqdimat mərəsimi baş tutub. SİA-nın verdiyi məlumata görə, mərasimdə aparıcı-aktyor İlkin Həsəni səhnəyə çıxaraq hər kəsə təşəkkür edib. İlkin Həsəni filmin tamaşaçılar tərəfindən bəyəniləcəyinə inandığını diqqətə çatdırıb.
Filmin ssenari müəllifi və rejissoru Kənan M.M.-dir. Ekran işi "Bozbash pictures" komandası tərəfindən ərsəyə gətirilib. Filmdə aktyorlar Şamil Süleymanlı, İlkin Həsəni, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, Ramil Babayev, Şəhanə Yusifova, Pərvin Abıyeva və başqaları rol alıblar.
Qeyd edək ki, "Ay Brilliant" bu gündən etibarən şəhərin bütün kinoteatrlarında nümayiş olunacaq.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB