Mart ayının 5-də "28 Cinema"da dünya premyerasından bir gün öncə "Zoluşka" filminin premyerası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, kino 1950-ci ilin animasiya filminin bütün kanonlarına uyğundur. Yetmiş illik yaşı olan köhnə nağılı tanımamaq olmaz. Rejissor öz "sehrli əli" ilə bir çox rəssamların, rejissorların çoxdan vaz keçdikləri dünyanı çəkir. "Zoluşka"nın dünyası boyalar ilə zəngindir, hədsizdir və cəzb edəndir. Lili Ceyms və Riçard Meddenin duetinin iştirakı ilə nağıl məhz bu cür olmalıdır.
Qeyd edək ki, mart ayının 6-da "Zoluşka" filminin böyük ekranlarda nümayişinə başlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB