Bakıda satış-sərgi keçiriləcək

"Natavan" qalereyasında "İncə əbədiyyat" adlı dekorativ tətbiqi incəsənət satış-sərgisi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, "İncə əbədiyyat" layihəsi vitraj, keramika və zərgərlik sənətini birləşdirir.

Nəzərinizə çatdıraq ki, layihənin iştirakçıları - rəssamlar Gülnar Məmmədova, Lada Kərimova, Marina Səfərova, Yelena Lobanova, İradə Bağırova, İnqa Zemsova və Lalə Məmmədəlizadədir.

Qeyd edək ki, sərgi martın 7-dən 13-dək "Natavan" qalereyasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə