Son illərdə Azərbaycana gələn xarici turistlərin sayında, eləcə də ölkələrin müxtəlifliyində artım müşahidə olunduğundan müxtəlif xarici dillərdə səlis danışan və ölkəmizin iqtisadiyyatı, mədəniyyəti və tarixi haqqında ətraflı məlumata malik olan bələdçilərə ehtiyac vardır. SİA-nın verdiyi məlumata görə, bununla bağlı Azərbaycan Dillər Universitetində ingilis, fransız, alman, italyan, ispan və digər dilləri üzrə təhsil alan və bələdçilik fəaliyyətinə həvəs göstərən 4-cü kurs tələbələrin seçilməsi məqsədilə Nazirliyin aidiyyəti mütəxəssislərinin, eləcə də peşəkar bələdçilərin iştirakı ilə görüş təşkil olunub.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dillər Universitetinin əməkdaşları və bir sıra uzun illər bələdçilik fəaliyyəti ilə məşğul olan peşəkar bələdçilər iştirak ediblər.
70 tələbənin iştirakı ilə keçirilən tədbirdə bələdçilik peşəsi haqqında və Azərbaycan Turizm və Menecment nəzdində fəaliyyət göstərən bələdçi-tərcüməçilər haqqında geniş məlumat verilib.
Bələdçi-tərcüməçi kurslarına cəlb olunacaq gənc bələdçilər qarsıdan gələn I Avropa Oyunlarında da gələn qonaqlara keyfiyyətli bələdçilik xidmətinin göstərilməsində öz töhfəsini verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB