Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilir

Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilir

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri müəllimlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi (test üsulu ilə) keçirilir. SİA-nın verdiyi məlumata görə, ilkin olaraq bu proses Bakı şəhərində keçirilmiş və paytaxtın uşaq musiqi və incəsənət məktəblərində çalışan 2685 müəllim sınaq qiymətləndirilmədə iştirak edib.

2015-ci il ərzində zonalar üzrə respublikanın şəhər və rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi planlaşdırılır. Cari ilin mart ayında Sumqayıt şəhərində Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərinin, habelə Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən Cəbrayıl, Qubadlı, Laçın rayon uşaq musiqi məktəblərinin (cəmi 17 məktəb) müəllimlərinin sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə