Azərbaycanın görkəmli kino və teatr aktyoru Səməndər Rzayevin 70 illik yubileyi qeyd olunacaq. SİA-nın verdiyi məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.
Tədbirdə S.Rzayevə həsr edilmiş fotosərgi nümayiş olunacaq, sənətkarın ömür yolu və yaradıcılığından söz açılacaq və yaratdığı obrazlar qalereyasından nümunələr təqdim ediləcək.
Qeyd edək ki, tədbir martın 4-də Dövlət Film Fondunda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB