“Qara dağlı” filmi Türkiyədə ikinci yerə layiq görülüb

“Qara dağlı” filmi Türkiyədə ikinci yerə layiq görülüb

Türkiyənin "Hazar World" ("Xəzər dünya") jurnalının "Erməni işğalı altında olan Qarabağ" mövzusunda təşkil etdiyi "Xəzər" qısa film yarışmasında azərbaycanlı gənclərin çəkdiyi "Qara dağlı" filmi ikinci yerə layiq görülüb. SİA-nın məlumatına görə, ideya və ssenari müəllifi Röya Qarabağlı, rejissoru Sadiq Fərzəlibəylinin olduğu film 50 film arasından seçilərək finalçılardan biri olub. 1992-ci il fevralın 17-də ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi soyqırımda şəhid olan igidlərin qəhrəmanlığına, kəndin işğal tarixinə həsr olunmuş filmin mükafatlandırılma mərasimində azərbaycanlı millət vəkili Qənirə Paşayeva da iştirak edib.

Qeyd edək ki, müsabiqədə birinci yeri "Cənnətin çiçəkləri", üçüncü yeri isə "Qarabağ Turan" filmləri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə