AKB yeni “Görüşlər Bələdçisi” jurnalını təqdim edir

AKB yeni “Görüşlər Bələdçisi” jurnalını təqdim edir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu "Azərbaycan Görüşlər Bələdçisi" jurnalının (Azerbaijan Meeting Planner's Guide) yeni nəşrini təqdim edib. SİA-nın verdiyi məlumata görə, beş yüz nüsxədə çap olunan yeni nəşrdə Azərbaycan Konqreslər Bürosunun ölkəni beynəlxalq səviyyəli görüşlər məkanı kimi təbliğ etmək üzrə fəaliyyətini dəstəkləyən və bu amal ilə Büroya üzv olan bütün üzvləri haqqında məlumat yer alıb.

Büronun 14 ilkin və 8 yeni üzvü, Büroya üzv olma şərtlərinə uyğun olaraq 3 kateqoriyada verilib ki, bu da Qızıl Statuslu Üzvlər - Qafqaz Baku City Hotel & Residences və Park Inn by Radisson Azerbaijan Hotel, Gümüş Statuslu Üzvlər - Caspian Event Organisers, HRG Azerbaijan, Improtex Travel Tours & Conferences və PASHA Travel, və həmçinin Yardımçı Üzvlər - Event Platform və S.Tanay Hotel Cosmetics-dir.

Yeni nəşrdə Azərbaycan barədə, xüsusən də ölkəmizin turizm sahəsinin inkişafı və potensialı barədə, və eyni zamanda mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər haqqında məlumatlar yenilənmiş şəkildə dərc olunub. Nəşrdə fotolar da dəyişdirilərək daha rəngarəng və aktual fotolar əlavə olunub.

Azərbaycan Görüşlər Bələdçisinin yeni nəşri turizm tədbirlərində, ticarət sərgilərində, Büronun satış missiyalarında və bu kimi digər sahələrdə istifadə olunacaq.

2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkənin beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək daxildir.

Bu məqsəd ilə, Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı Görüşlər Sənayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə