Azərbaycanın turizm imkanları Rusiya kanalında

Azərbaycanın turizm imkanları Rusiya kanalında

Rusiyanın "Россия-1" televiziya kanalının tanınmış aparıcısı Anastasiya Çernobrovina "Моя планета" televiziya kanalında yayımlanan "Одна на планете" silsilə verilişləri çərçivəsində Azərbaycanın turizm imkanlarını əks etdirən proqram hazırlayıb. SİA-nın verdiyi məlumata görə, proqramda aparıcı xanım, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, "Yanar Dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və Qobustan Milli Tarixi-Bədii Qoruğu, Şəki şəhərində Kiş kəndində yerləşən Alban məbədi və Şəki xan Sarayı, palçıq vulkanları, Naftalan müalicəvi istirahət mərkəzi və Qafqaz dağlarına səfərləri haqqında təəssüratlarını bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə