Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımının XXIII ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək xalqımızın ən yaxın tarixinə qanla yazılmış Xocalı soyqırımından, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli qətliamdan danışıb. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib.
Daha sonra Azər Dadaşovun "Xocalı naləsi" əsərini prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova ifa edib. Həmçinin Mehriban Əhmədovanın "Ata millət, ana millət, ağlama" əsərini əməkdar artist Ədilə Əflaki ifa edib, Yusif Mirişlinin "Xocalı 613" simfonik poeması səsləndirilib.
Qeyd edək ki, fevral ayının 27-də isə Azərbaycan Dövlət Filarmoniyasında Firəngiz Əlizadənin Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş müəllif-konserti keçiriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB