Xocalı soyqırımının 23 illiyi ilə bağlı Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində "Heç kim və heç nə unudulmur" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Maliyyə və İqtisad Kollecinin tələbələri, şəhər muzeylərinin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlamış, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muzeyin elmi katibi R.Salahovanın Xocalı hadisələri haqqındakı çıxışından sonra söz Xocalı sakini Ceyran Əzizovaya verilib. O, soyqırımı, həmin gecənin dəhşətləri, şahidi olduğu erməni vəhşilikləri haqqında geniş söhbət açıb. Ardınca muzey tərəfindən hazırlanmış və bu vəhşilikləri əyani surətdə sübuta yetirən video çarx nümayiş olunub. Daha sonra Türkan qəsəbəsi 6 saylı xüsusi internat məktəbinin şagirdlərinin və Türkan qəsəbə mədəniyyət mərkəzinin kollektivinin ifasında Xocalı hadisələrinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB