Azərbaycanın turizm potensialı Almaniyada təbliğ olunur

Azərbaycanın turizm potensialı Almaniyada təbliğ olunur

04 - 08 mart tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək "İTB Berlin 2015" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulub. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin Almaniyadakı turizm nümayəndəliyi ilə əməkdaşlığı əsasında "İTB Berlin" beynəlxalq turizm sərgisi çərçivəsində Almaniyanın Hamburq, Münhen və Frankfurt şəhərlərindəki avtobus, tramvay və metrolarda Azərbaycanın turizminin loqosunu və internet səhifəsini özündə əks etdirən reklam kartları (swing cards) yerləşdirilib. Kampaniya mart ayının 8-dək davam edəcək.

Həmçinin 02 - 16 mart tarixlərində Berlində şəhərin 47 reklam lövhəsində Azərbaycana dair reklamın yerləşdirilməsi planlaşdırılır.

Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən "İTB Berlin" beynəlxalq turizm sərgisində iştirak edir. Eyni zamanda bu il 05 mart tarixində Azərbaycanın milli stendində "Happy hours" tədbirinin keçirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində Almaniyanın 25 turizm şirkəti və KİV nümayəndəsinə təqdimat keçiriləcək, biznes görüşləri təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə