Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

V.Mustafazadə adına Mədəniyyət Mərkəzi və Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 saylı tam orta məktəbdə 26 fevral-Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədiri Pirallahı rayon İcra Hakimiyyətinin məsul işçisi İlqar Məmmədli açıq elan edib.

Sonra Xocalı faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı Pirallahı rayon İcra Hakimiyyətinin başçısının müavini Vəzir Səfixanov, Qarabağ cəbhələrində şücaət göstərmiş Milli Qəhrəman Vahid Quliyev və Xocalı hadisələrinin canlı şahidi olmuş Yusif Süleymanov çıxış ediblər. Bildirdilər ki, bu faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib, azərbaycanlılara qarşı amansız soyqırım törədilib.

Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Sonda "Bulaq" uşaq bağçası və 186, 168 saylı tam orta məktəblərin şagirdləri kompozisiya nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə