Azərbaycan Dövlət Yuğ Teatrında Qarabağ müharibəsindən bəhs edən "Yad.Daş" tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşa Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilib.
Ülviyyə Heydərovanın ədəbi mətni əsasında hazırlanan tamaşa verbatim formatında təqdim olunub. Tərlan Enginin quruluşunda səhnə həyatı qazanan tamaşada Yuğ teatrının aktyorlarından Amid Qasımov, Ərtoğrul Kamalov, Elgün Həmidov və Könül Cəfərzadə çıxış ediblər.
Xocalı soyqırımı bəşər tarixində törədilmiş ən qatı vəhşilik aktıdır, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətlərə, o cümlədən Xocalı soyqırımına ədalətli qiymət verməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB