Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Dağıstan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. Azərbaycanın Moskvadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 25-də Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov ölkəmizin Moskvadakı səfirliyinə gələrək çoxillik yaradıcılıq fəaliyyətinə və incəsənətin inkişafındakı xidmətlərinə görə səfir Polad Bülbüloğluya "Dağıstan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adının verilməsi haqqında Sərəncamı ona təqdim edib.
Səfir Polad Bülbüloğlu və Dağıstanın başçısı Ramazan Abdulatipov Azərbaycan-Dağıstan münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə etmiş və əlaqələrin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Ramazan Abdulatipov Polad Bülbüloğlunu Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədi ilə Dağıstana dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB