MTN "ACE of MICE 2015” sərgisində təmsil olunacaq

MTN "ACE of MICE 2015” sərgisində təmsil olunacaq

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu 2015-ci ilin 26-28 fevral tarixində Türkiyənin İstanbul şəhərində keçiriləcək "ACE of MICE 2015" sərgisində iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, beynəlxalq işgüzar turizm bazarında önəmli yer tutan "ACE of MİCE" sərgisində iştirakın əsas məqsədi Azərbaycanın biznes turizminin təbliğ olunmasının zəruriliyini və Azərbaycanın biznes turizm bazarı üçün Türkiyənin mühüm mənbə olmasını təmin etməkdən ibarətdir.

Qeyd edək ki, sözügedən sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyini Azərbaycan Konqreslər Bürosunun direktoru Florian Senqsşmitin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə